Dünyaİslam dünyasıXəbərlər
Roma Katolik Kilsəsinin rəhbəri Robert Fransis Prevost olub

Yeni – 267-ci Roma Katolik Kilsəsinin rəhbəri ABŞ-dan olan kardinal Robert Fransis Prevost seçilib.
Katoliklərin yeni ruhani lideri Müqəddəs Pyotr Kilsəsinin eyvanından dünyaya tanıdılıb. Onun adı XIV Leo olacaq.
Uzun illər Peruda işləyən 69 yaşlı Prevost yoxsullara münasibəti və immiqrasiya siyasətləri baxımından Papa Fransisklə oxşar fikirlərə sahibdir.
Robert Fransis Prevost ABŞ-dan seçilən ilk Papadır.