DünyaXəbərlər

Gözləri görməyən Adil: “Allaha necə hesab verəcəyik?”

Görmə məhdudiyyətli Adil Altınkaya 30 ildir ki, özü kimi görmə məhdudiyyətli şəxslər üçün Brayl əlifbası Qurani-Kərim nüsxələri çap edir.

Adil Qaziantep Korlar Məktəbində təhsil almağa başladığını, 1980-ci ildə ali təhsil aldığı universitetdən ingilis dili ixtisasından uğurla məzun olduğunu qeyd edib.

Bundan sonra isə o, özü kimi görmə məhdudiyyətli şəxslər üçün faydalı bir iş görmək qərarına gəlir və xüsusi əlifbalı çap işinə başlayır.

“Bir insan olaraq düşündük. Allah “Qulum, mənim üçün nə etdin?” sualını soruşduqda “Allahım, universitet bitirdim, iş tapdım” cavabını verəcəyəm. Amma bunların hamısını dünya işləridir(, yəni sırf özümüz üçün olan işlərdir). Bu düşüncə bizi şok etdi. Görmə məhdudiyyətli olsaq da, Allaha necə hesab verəcəyimizi düşündük. “Madam ki, bu barmaqlarımızla dünya işlərini görürük, o zaman niyə (Brayli əlifbası ilə) Qurani-Kərim çap etmirik?” dedik“, – deyə o xatırlayır.

Bundan sonra o, tam mexaniki bir cihaz gətirtdiyini, lakin ondan istifadə edə bilmədiyini deyir: “Antalyada işləməyə başladıq, amma sadəcə bir neçə cüz çap edə bildik“.

O, bu məqsədinin fonunda dövlət işində də işlədiyini əlavə edib.

“Bu işi niyyət etdikdən 15 il sonra – 1995-ci ildə ilk qabarıq yazı cihazını aldıq və Qurani-Kərim çap etdik“, – deyə o bildirib.

Onun sözlərinə görə, bu illər ərzində minlərlə bu cür Quran nüsxəsi çap edib.

Adil Altınkaya deyir ki, bu cür çap zamanı bir sətrdə ən çox 40-42 hərf yerləşir və 1 səhifə də isə 26 sətr olur.

O, bu cür xüsusi çap edilən Qurani-Kərim nüsxəsinin 6 cild şəklində olduğunu bildirib.

O, həmçinin Brayli əlifbası ilə digər dini ədəbiyyatın da çap edildiyini əlavə edib.

Daha çox göstər
Back to top button