DünyaXəbərlər

Vatikanda Papa XIV Leonun andiçmə mərasimi keçirilib

Müqəddəs Pyotr Kilsəsində Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leonun andiçmə mərasimi keçirilib. Bununla da Müqəddəs Tax-Tacda 267-ci Papa olan XIV Leonun pontifikatı rəsmən başlayıb.

AZƏRTAC xəbər verir ki, Papa XIV Leo əvvəlcə Müqəddəs Pyotr meydanına toplaşan izdihamı salamlayıb. Müxtəlif ölkələrdən gələn insanlar Roma Papası ilə bağlı şüarlar səsləndiriblər. Daha sonra Müqəddəs Pyotr Kilsəsində ayinlər başlayıb.

Andiçmə mərasimində 200-dən çox xarici nümayəndə heyəti iştirak edib. Onlar arasında müxtəlif ölkələrin dövlət və hökumət başçıları, o cümlədən İtaliya Prezidenti Sercio Mattarella və Baş nazir Ciorcia Meloni, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen, Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ-ın vitse-prezidenti Cey Di Vens olub.

Mərasimi izləmək üçün Müqəddəs Pyotr meydanında və ətrafında təxminən 200 min nəfər toplaşıb.

Daha çox göstər
Back to top button