
Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları Moskvada Areq Şepixini saxlayıblar.
AZƏRTAC xəbər verir ki, bundan əvvəl sosial şəbəkələrdə onun paytaxtın Yaroslavsk dəmir yolu vağzalının ərazisindən bir nəfəri avtomobilə mindirərək apardığını əks etdirən video yayılıb. Çeçenistan hakimiyyətinin bildirdiyinə görə, bu respublikanın Daxili İşlər Nazirliyi Şepixinin dindarların dini hisslərini təhqir etmək məqsədilə törətdiyi ictimai hərəkətlərlə bağlı araşdırma aparır.
Qeyd olunur ki, Areq Samveloviç Şepixin sosial şəbəkələrdə ekstremist bəyanatlar yayır, müsəlmanların dini hisslərini təhqir edir, zorakılığa və ksenofobiyaya çağırır, həmçinin yetkinlik yaşına çatmayanlara qarşı təhdidlər dərc edir.