“Daşlar sükut içində danışır: Azərbaycan irsinin qorunması” adlı elmi-praktik tədbir keçirilir

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində “Daşlar sükut içində danışır: Azərbaycan irsinin qorunması” adlı elmi-praktik tədbir keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirin əsas məqsədi Azərbaycan xalqına məxsus olan, lakin hazırda Ermənistan Respublikasının ərazisində yerləşən tarixi və mədəni irs nümunələrinin sənədləşdirilməsi, qorunması və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülən işlərin ictimaiyyətə təqdim olunmasıdır.
Tədbir çərçivəsində “Daşları toplamaq vaxtıdır” adlı fundamental nəşrin təqdimatı keçiriləcək. Kitabda Qərbi Azərbaycanın Azərbaycan xalqına məxsus qədim diyar olduğu elmi-faktoloji materiallar əsasında əsaslandırılır. Nəşrdə regionda yerləşən və müxtəlif dövrlərdə məhv edilmiş və ya izləri silinmiş memarlıq, dini və digər mədəni abidələrin foto və sənədli sübutları təqdim olunur.