İslam dünyasıXəbərlər
Bu gün “Şəqqül-qəmər” hadisəsinin baş verdiyi gündür

Zilhiccənin 13-cü günün gecəsi, Məkkədə, Peyğəmbərin (s) möcüzəsi ilə “ay parçalandı”. Belə nəql olunub ki, Qüreyşlilər, Peyğəmbərdən (s) möcüzə tələb etdilər. Həzrət mübarək barmağı ilə Aya işarə etdi və ilahi qüdətlə Ay iki yerə bölündü. Sonra ikiyə bölünmüş ay birləşdi.
Bu zaman “Qiyamət çox yaxınlaşdı, Ay parçalandı” (“Qəmər” surəsi, ayə:1) ayəsi nazil oldu.
Əbu Cəhl dedi: “Bu sehrdir! Digər şəhərərə də adamlar göndərin, soruşun ki, onlar da ayın iki yarıya bölünməsini görüblərmi? Başqa şəhər əhalisindən də soruşanda onlar da xəbər verdilər ki, ayın yarısı Kəbənin üstünə, digər yarısı isə Əbuqeys dağına düşdü”. (Həqqül-yəqin: s. 28, Biharül-ənvar: c. 17, s. 350).