
İstanbulda İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib. Əməliyyat nəticəsində İnterpol tərəfindən qırmızı bülletenlə axtarılan və “xarici terrorçu döyüşçü” olduqları ehtimal edilən 15 nəfərdən 9-u saxlanılıb.
İstanbul Baş Prokurorluğu tərəfindən bununla bağlı başlayan istintaq çərçivəsində İŞİD terror təşkilatına qoşulanlar barədə məlumatı olan və sosial şəbəkələrdə təşkilatın təbliğatını aparan 15 şübhəli müəyyən edilib. Şübhəlilərdən 9-u saxlanılıb. Daha 6 şübhəlinin tutulması istiqamətində əməliyyat davam etdirilir.