Qusarda “Dini maarifçilik işinin təşkili: ənənə və müasirliyin vəhdəti” mövzusunda regional konfrans öz işinə başlayıb

İyunun 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Qusarda “Dini maarifçilik işinin təşkili: ənənə və müasirliyin vəhdəti” mövzusunda regional konfrans öz işinə başlayıb.
Tədbirdən öncə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Regional konfrans çərçivəsində 15 iyun Milli Qurtuluş Günü münasibətilə Ulu Öndər Heydər Əliyevin həyat və ictimai-siyasi fəaliyyətinə həsr olunmuş foto-sərgi nümayiş etdirilib.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Qusar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov konfransın əhəmiyyətindən bəhs edərək, ölkəmizdə milli-mənəvi dəyərlərimizin inkişafı üçün həyata keçirilən işlərdən danışıb. Bildirib ki, Azərbaycan xalqının əsrlər boyu qoruyub saxladığı tolerant mühit ən dəyərli sərvətlərimizdəndir. Azərbaycanın multikulturalizm ənənələri öz zənginliyi ilə bu gün bütün dünya ölkələrinin, beynəlxalq qurumların, ictimaiyyətin diqqətini özünə cəlb edir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov vurğulayıb ki, Azərbaycan nadir ölkələrdəndir ki, qlobal proseslərə ayaqlaşaraq, öz milli kimliyini qorumağın ən yaxşı modellərindən birini yaratmağa müvəffəq olub. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin qurduğu bu model müstəqil Azərbaycanın inkişaf strategiyasının əsas sütunlarından birini təşkil edir. B
Tədbirdə Milli Məclisin deputatları Anatoliy Rafailov, Azər Badamov və b. çıxış ediblər.
Regional konfrans işini panel iclasları ilə davam etdirir.