AzərbaycanXəbərlər
Nazir müavini: Azərbaycandakı dini inanc azadlığı fundamental insan hüquqlarından biridir

Azərbaycan BMT-nin bir çox qurumu ilə əməkdaşlıq edir. Çoxmillətli, çoxdinli ölkə olan Azərbaycanda 50-dən çox etnik və dini qrup bir ahəng içərisində yaşayır.
Bu sözləri Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Ombudsmanların Beynəlxalq Simpoziumunda “Hər kəs üçün bərabər hüquqların təmin edilməsi: müsbət təcrübələr və çətinliklər” mövzusunda keçirilən panel müzakirələrdə söyləyib.
O bildirib ki, Azərbaycandakı dini inanc azadlığı da fundamental insan hüquqlarından biridir. Azərbaycan müsəlman ölkə olsa da, burada qeyri-müsəlman icmalar azad yaşaya bilirlər. Ölkəmizdə dini icmaların inkişafı üçün onlara maliyyə dəstəyi də göstərilir.