
Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo Suriyanın Dəməşq şəhəri yaxınlığındakı kilsədə törədilən partlayışa görə kədərlənir.
Bu barədə Müqəddəs Taxt-Tacın Dövlət katibi kardinal Pietro Parolin tərəfindən imzalanan teleqramda deyilir.
Bildirilir ki, Roma Papası Müqəddəs Elias yunan-pravoslav kilsəsinə edilən hücuma görə dərin kədərini ifadə edib, faciədən zərər çəkənlərlə həmrəyliyini bildirib. Papa Leo itkiləri üçün yas tutanlara təsəlli, yaralılara isə şəfa diləyib.
Xatırladaq ki, iyunun 22-də Suriyadakı kilsədə partlayış nəticəsində 25 nəfər ölüb, 63 nəfər yaralanıb.