İslam dünyasıXəbərlər

78 yaşlı qadın hafizi-Quran oldu

3 övlad böyüdüb boya-başa çatdırmış ana uzun illər sonra öz arzusunu həyata keçirə bilib.

Az.shafaqna.com xəbər verir ki, 78 yaşlı Möminat Dilli bir neçə il öncə mədrəsəyə yazılaraq oradakı dərslərdə iştirak etməyə başlayıb.

O, Qurani-Kərim, təfsir və bir sıra digər dərslərə qatılaraq onları yüksək ortalama ilə – 80.94 balla uğurlu bir şəkildə başa vurub.

Möminat nənə həmçinin bu illər ərzində daha bir fövqəladə zehni qabiliyyət nümayiş etdirib – o, qısa Qurani-Kərimi tab əzbərləyərək hafizi-Quran olmağı da bacarıb.

Daha çox göstər
Back to top button