AzərbaycanXəbərlər

Sumqayıtda və Bərdədə Məhərrəmlik mərasimləri ilə bağlı tədbirlər keçirilib

Respublikamızın bölgələrində Məhərrəmlik mərasimlərinə həsr olunmuş tədbirlər keçirilib.

İyulun 4-də Sumayıt şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin təşkilatçılığı ilə “Aşura mərasimləri: hüquq və ənənələr müstəvisində” mövzusunda tədbir təşkil olunub. Tədbirdə Dövlət Komitəsinin regional bölməsinin müdiri Yalçın Abdullayev, Sumqayıt şəhər “Cümə” məscidi dini icmasının sədri Rauf Sərdarov, eləcə də din xadimləri iştirak ediblər.

***

Daha bir tədbir iyulun 4-də Dövlət Komitəsinin Yevlax regional bölməsi və Bərdə şəhəri “İmamzadə” məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Məhərrəmlik mərasimləri: mədəniyyət, din və hüquq perspektivindən” mövzusunda keçirilib. Tədbirdə Dövlət Komitəsinin Yevlax regional bölməsinin məsləhətçisi Məhəmməd Rəşidov, QMİ-nin bölgə üzrə qazısı Ramazan Hüseynov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Çıxışlarda mövzuların əhəmiyyətindən danışılıb. Məhərrəmlik mərasimlərinin həm milli ənənələrimizə,həm də qanunvericiliyin tələblərinə uyğun təşkil edilməsinin xüsusi önəm daşıdığı vurğulanıb.

Hər iki tədbir müzakirələrlə davam etdirilib.

Daha çox göstər
Back to top button