DünyaXəbərlər

9 yaşlı uşaq Quranın əlyazma nüsxəsini hazırladı

9 yaşlı uşaq Qurani-Kərimin əlyazma nüsxəsini hazırlayıb.

Hindistanlı uşaq Muhəmməd Mədləc əlyazma Quran nüsxəsinə 2,5 il vaxt sərf edib.

O, bu işə 2022-ci ilin dekabr ayında hələ 6 yaşında ikən başlayıb.

Belə ki, Muhəmməd hər gün 1 saat vaxtını ayırmaqla A4 ölçülü kağızın üzərinə karandaş vasitəsilə Quranı köçürməyə başlayıb.

O, bu işi əsnasında ərəb dilinin xəttatlıq qaydalarına riayət edib və kəlimələrin hərəkələrinə də xüsusi diqqət edib.

Hər səhidə anası tərəfindən yoxlanılıb və lazım olan yerlərdə düzəlişlər edilib.

Nəticədə Muhəmməd bu işini 2025-ci il 26 may tarixində başa çatdırıb.

Daha çox göstər
Back to top button