AzərbaycanXəbərlər

Yevlaxda “Dinin hüquqi normalarla uyğunluğu: etiqad azadlığı və məsuliyyət” mövzusunda tədbir keçirilib

Avqustun 7-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsi, Yevlax şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi və şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Dinin hüquqi normalarla uyğunluğu: etiqad azadlığı və məsuliyyət” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nin Yevlax regional bölməsinin əməkdaşı Valeh Rəşidov, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor müavini Tofiq Həsənov, Yevlax şəhəri Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova, YAP rayon təşkilatının əməkdaşı Fərid Hacıbəyli, eləcə də din xadimləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Natiqlər mövzunun əhəmiyyətindən danışıblar. Çıxışçılar dini radikalizmin və ekstremizmin qarşısının alınmasında hüquqi tənzimləmələrin rolunu vurğulayıblar. Həmçinin, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin qorunmasının vacibliyi qeyd edilib.

Daha çox göstər
Back to top button