Gürcüstandan bir qrup inanclı Ərbəin yürüşü iştirakçılarına xidmət üçün İraqdadır

Gürcüstandan bir qrup inanclı Ərbəin yürüşü iştirakçılarına xidmət etmək üçün İraqdadır.

Məlumata görə, Gürcüstanın paytaxtı Tbilisidə yerləşən Poniçala (Soğanlıq) qəsəbəsində fəaliyyət göstərən Əhli-Beyt (ə) məscidinin xidmətçi heyəti Ərbəin zəvvarlarına xidmət üçün müqəddəs torpaqlarda fəaliyyət göstərir.

Heyət orada zəvvarlara ehsan və xidmət göstərmək məqsədilə hər il olduğu kimi bu il də Ərbəin yürüşündə iştirak edir. Xidmət mərkəzi Kərbəla şəhəri yaxınlığında, zəvvarların tez-tez istirahət etdiyi və 1053-cü dirəkdə yerləşən “Nurul-Hüseyn” xeyməsində təşkil olunub.

Təşkilatçılar bildiriblər ki, məqsəd Ərbəin yürüşündə iştirak edən zəvvarlara həm qida, həm də digər logistik xidmətlərlə dəstək verməkdir.

Xatırladaq ki, Ərbəin İmam Hüseynin (ə) şəhadətinin qırxıncı gününü qeyd edən milyonlarla zəvvarın iştirak etdiyi ən böyük dini yürüşlərdən biridir. Dünyanın müxtəlif ölkələrindən yüz minlərlə insan bu münasibətlə İraqa səfər edir.

Exit mobile version