
Mumbayda yerləşən “Chishti Hindustani” məscidi açıq qapı günü təşkil edərək qeyri-müsəlman ziyarətçiləri qəbul edib.
125 illik tarixi məscidin idarə heyəti “Məscidimlə tanış olun” layihəsinə imza atıb.
Tədbir çərçivəsində qeyri-müsəlmanlar arasında İslam dini, müsəlmanlar haqqındakı yanlış təəssüratlar və məlumatların aradan qaldırılması istiqamətində məlumatlandırıcı çıxışlar edilib, həmçinin ziyarətçilərə İslam dini barədə, o cümlədən də namaz, dəstəmaz, azan kimi dini ibadətlər barədə məlumatlar verilib, onların sualları cavablandırılıb.






