AzərbaycanXəbərlər

Bölgələrdə dini maarifləndirmə istiqamətində silsilə tədbirlər keçirilib

Abşeron rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin təşkilatçılığı ilə “Dinlər sülhə və qarşılıqlı anlayışa çağırır” mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin əməkdaşları Namiq Musayev, Azər Tağıyev, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər dinlərin sülh, mərhəmət və həmrəylik prinsiplərinə əsaslandığını vurğulayıblar. Azərbaycanın multikultural və tolerant mühitinin dünya miqyasında nümunəvi model olduğu qeyd edilib. Eyni zamanda, dini radikalizm və ekstremizmə qarşı birgə mübarizənin vacibliyi vurğulanıb.
Sonda tədbir iştirakçıları arasında fikir mübadiləsi aparılıb, mövzu ətrafında suallar cavablandırılıb.

***

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala regional bölməsi, Qax Rayon İcra Hakimiyyəti, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi, Rayon Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə Qax şəhərində yerləşən Səməd Vurğun adına Mədəniyyət Mərkəzində “Sülh aylığı” çərçivəsində “Dinlərarası və mədəniyyətlərarası əməkdaşlıq sülhün təminatıdır” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala regional bölməsinin baş məsləhətçisi Tərlan Nəzərov, Mədəniyyət Mərkəzinin müdiri Kəmalə Məcidova, Gənclər və İdman sektorunun baş məsləhətçisi İlqar Qədimov, eləcə də mədəniyyət işçiləri və gənclər iştirak ediblər.
Saatlıda baş tutan tədbirdə isə DQİDK-nın Mil-Muğan regional bölməsinin əməkdaşı Elvin İbrahimov, Saatlı RİH-in məsul əməkdaşı Mirəli Məmmədov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxışçılar dinlərarası və mədəniyyətlərarası əməkdaşlığın sülhün qorunmasında və cəmiyyətdə harmoniyanın təmin edilməsində böyük rol oynadığını diqqətə çatdırıblar. Qeyd olunub ki, müxtəlif dinlərin nümayəndələrinin qarşılıqlı hörmət və anlayış əsasında bir arada yaşaması cəmiyyətin inkişafının və sabitliyinin əsas təməl daşlarından biridir. Gənclər arasında fərqlilikləri zənginlik kimi qəbul etmək, stereotiplərdən uzaq olmaq və qarşılıqlı anlaşmanı artırmaq məqsədilə müzakirələr aparılıb.

***

Şamaxı şəhəri “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsi və Şamaxı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “İslamın sosial balans və harmoniya prinsipinin əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşları Cavid Əhmədov və Nahid Babaşov, Şamaxı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rəşad Əliyev, Qobustan RİH-nin əməkdaşı Amil Vəzirli, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Mərəhmət Mustafayev, QMİ-nin Şamaxı rayonu üzrə səlahiyyətli nümayəndəsi Elşən Rustamov, eləcə də din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Çıxışlarda İslamın sosial ədalət, qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinin cəmiyyətin inkişafında mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Eyni zamanda, din xadimləri və nümayəndələri arasında fikir mübadiləsi aparılaraq, sosial sabitliyin qorunması və dini birliklərin rolunun artırılması məsələləri müzakirə olunub. Belə tədbirlərin dini və ictimai birliklərin möhkəmlənməsinə xidmət etdiyi qeyd olunaraq, gələcəkdə də bu istiqamətdə əməkdaşlığın davam etdirilməsi qərara alınıb.

Tədbir müzakirələrlə davam etdirilib.

Daha çox göstər
Back to top button