DünyaXəbərlər

ABŞ-da katolik məktəbində atışmada 3 nəfər ölüb, 20 nəfər yaralanıb

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Minnesota ştatının Minneapolis şəhərindəki katolik məktəbində atışma baş verib.

Bu barədə ştatın qubernatoru Tim Uolz məlumat verib. “Bu dəhşətli zorakılıq aktına məruz qalan uşaqlarımız və müəllimlərimiz üçün dua edirəm”,- deyə o, sosial media hesabında yazıb.

Atışma zamanı hadisəni törədən şəxs də daxil olmaqla 3 nəfər ölüb, 20 nəfərin də xəsarət aldığı bildirilir. Polis isə atəş açan şəxsin zərərsizləşdirildiyini açıqlayıb.

Qeyd edək ki, hadisənin baş verdiyi məktəbdə 8-ci sinfə qədər uşaqlar təhsil alır.

Daha çox göstər
Back to top button