AzərbaycanXəbərlər

Miniatür Kitab Muzeyinin kolleksiyasında qədim Quran nüsxəsi saxlanılır

Miniatür Kitab Muzeyi kimi tanınan, dünyada yeganə şəxsi miniatür kitab nəşrləri muzeyində, İslam, xristianlıq, buddizm və yəhudiliyə dair mini kitabların sərgiləndiyi 3 nömrəli vitrində kolleksiyanın ən qədim mini nəşri – XVII əsrə aid Qurani-Kərim nümayiş etdirilir. Kitab 20×30 mm formatdadır və Qurani-Kərimin bütün surə və ayələrini özündə ehtiva edir.

Ölçüsü cəmi bir neçə santimetr olan Qurani-Kərimin miniatür nüsxələri hələ İslam dininin ilk əsrlərində yaradılmağa başlayıb.

Muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Zərifə xanımın qızı Suad Mursakulova bildirib ki, o vaxtlar belə kiçik ölçüdə kitabları düzəltmək mümkün olduğunu təsəvvür etmək çətin idi. Bizim Qurani-Kərimin nümunəsi göstərir ki, o, təqlid deyil, müsəlmanların tam hüquqlu müqəddəs kitabıdır.

Qədim ustalar bütün müasir alətlər, texnologiyalar, cihazlar, diod işıqlandırması və mikroskoplar olmadan belə heyrətamiz əsərlər yaratmağı necə bacarırdılar?

Məsələn, 2012-ci ildə Hindistanın “The Hindu” ingilisdilli gündəlik qəzetində Hindistanın üç milli muzeyindən birinə – Heydərabaddakı Salar Canq Muzeyinə istinadla kufi xətti ilə yazılmış və IX əsrə aid olan 3×2 sm (30×20 mm) ölçülü mushafın (Qurani-Kərimin nüsxəsi) ən qədim variantı haqqında məqalə dərc edilib. Bizim Qurani-Kərim isə daha kiçikdir. Hazırda qədim miniatür Qurani-Kərim miniatür artefaktın zərifliyini və gözəlliyini təcəssüm etdirən, bu günə qədər gəlib çatan əl maşınlarında çap olunan nadir məhsul, unikal eksponatdır. Bu, muzey suveniri deyil. Əvvələr kiçik Qurani-Kərimlər zəncir vasitəsilə sinəyə taxılması üçün hazırlanırdı. Bu, sahibinə ehtiyac duyduqda oxuna bilən tam bir kitabdır.

1672-ci ildə indiki Səudiyyə Ərəbistanı ərazisində nəşr olunan və Miniatür Kitab Muzeyi kolleksiyasının qüruru olan balaca foliant sahibi Zərifə xanımın onu sinəsində daşıdığı köhnəlmiş balaca torba ilə birlikdə nümayiş etdirilir.

Daha çox göstər
Back to top button