Qətər İsrailin Dohaya son hava hücumu ilə əlaqədar Ərəb və İslam ölkələrinin təcili sammitini çağırıb.
Bu barədə Qətərin QNA informasiya agentliyi məlumat yayıb.
Sammit iki gün davam edəcək, sentyabrın 14-də xarici işlər nazirləri səviyyəsində hazırlıq iclası keçiriləcək.
Sentyabrın 15-də Ərəb və İslam ölkələrinin yüksək vəzifəli nümayəndələri Dohada təcili iclasa toplaşacaqlar.
