Dmanisinin Yuxarı Qarabulaq kəndində yeni məscid inşa olunur

Az.shafaqna.com xəbər verir ki, Dmanisi rayonunun Yuxarı Qarabulaq kəndində yeni məscidin tikintisi davam edir. Məscid layihəsi yerli icmanın dini ehtiyaclarını qarşılamaq və bölgədəki dini infrastrukturu gücləndirmək məqsədi daşıyır.

Bu münasibətlə Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) Şeyxi Hacı Faiq Nəbiyev kəndə səfər edib. O, məscidin tikinti prosesi ilə yerində tanış olub, yerli dindarlarla görüşərək onların fikirlərini dinləyib və dini maarifləndirmə ilə bağlı tövsiyələrini verib.

Səfər çərçivəsində Hacı Faiq Nəbiyev Dmanisi şəhərində keçirilən ənənəvi “Dmanisoba” tədbirində də iştirak edib. Tədbirə onu Dmanisi meri Koba Muradaşvili rəsmi şəkildə dəvət edib. Görüşlər zamanı dini və ictimai əməkdaşlıq məsələləri müzakirə olunub.

Exit mobile version