Lənkəranda “Dövlət-din münasibətləri və müasir çağırışlar” mövzusunda regional konfrans keçiriləcək

Sentyabrın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Lənkəranda “Dövlət-din münasibətləri və müasir çağırışlar” mövzusunda regional konfrans keçiriləcək.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Lənkəran Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri, ilahiyyatçılar, həmçinin din xadimləri, dini icma sədrləri iştirak edəcəklər.
Konfransda dini maarifləndirmə işinin əhəmiyyəti, bu sahədə mövcud ənənələrin qorunub saxlanılması və müasir dövrün tələblərinə uyğun yeni yanaşmaların tətbiqi məsələləri müzakirə ediləcək. Vəhdət və həmrəylik prinsiplərinin mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olaraq qorunması, eyni zamanda bu dəyərlərin təbliği ilə bağlı fikir mübadiləsi aparılacaq.






