AzərbaycanXəbərlər

Dünya səyyahları Şuşada tarixi abidələri ziyarət ediblər

ETIC (Extreme Traveler International Congress) klubunun rəhbəri Kolja Sporinin başçılığı ilə oktyabrın 23-də 8 ölkədən olan səyyahlar Şuşa şəhərinin mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini ziyarət ediblər. Daha sonra səyyahlar “Xan qızı” bulağını və  Şuşa qala divarlarını ziyarət ediblər.

Yuxarı Gövhər Ağa məscidinə gələn qonaqlara ermənilərin mədəni, tarixi, dini abidələrə qarşı həyata keçirdikləri vandalizm barədə məlumat verilib. Vurğulanıb ki, işğal edilən bütün ərazilərdə olduğu kimi, Şuşada da abidələr, o cümlədən məscidlər dağıdılıb, təhqirə məruz qalıb. Erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biri də Yuxarı Gövhər Ağa məscididir. Şuşa şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan dövlətinin diqqət və qayğısı ilə məsciddə yenidənqurma və bərpa işləri həyata keçirilib.

Daha çox göstər
Back to top button