Məscid rəhbərliyindən nümunəvi addım

Rusiyadakı məscidlərdən biri maraqlı təşəbbüsə imza atıb.

Az.shafaqna.com xəbər verir ki, Başqırdıstan Respublikasının Ufa şəhərində yerləşən müsəlman ibadətgahının nəzdində evsiz şəxslər üçün sığınacaq təşkil edilib.

Həmin sığınacaq ianələr və yardımsevər insanların dəstəyi ilə açılıb.

Sığınacaq gecələmək üçün nəzərdə tutulmuş 8 evcikdən ibarətdir. Hər otaqda 6 yataq var. Evciklərin içi yaxşı şəkildə təmirlidir və müasir mebellə təchiz edilib.

Sığınacaqda qalan şəxslər duş otağı, paltaryuyan, bərbər xidmətləri və hər gün isti yeməklər təqdim edən yeməkxanadan yararlana bilərlər.

Bundan başqa, həftədə üç dəfə sığınacaqdan kənar şəxslər – bütün ehtiyaclılar üçün də axşam saatlarında yemək veriləcək.

Sığınacağa müraciət edən hər bir kəs pulsuz şəkildə gecələmək üçün yerlə, tibbi yardım və təmiz paltarla təmin ediləcək, həmçinin ona çimib təmizlənmək imkanı da təqdim ediləcək.

Həyatlarını normala qaytarmaq istəyən evsiz şəxslərə iş tapmaqda da yardım ediləcək.

Bu sosial tədbir xüsusilə də qış ərəfəsində daha da aktuallaşır – soyuqlar zamanı küçədən qalan insanlar şaxta səbəbi ilə ölə və ya onları don vura bilər.

Exit mobile version