DünyaXəbərlər

Türkiyədə 3 polisin öldürülməsilə bağlı sələfi liderlər saxlanıldı

Az.shafaqna.com xəbər verir ki, Türkiyədə 3 polisin öldürülməsilə bağlı istintaq çərçivəsində sələfi liderlər saxlanılıb.

Türkiyədə İzmirin Balçova rayonunda 8 sentyabrda Salih İşgören Polis Mərkəzinə edilən silahlı hücumla bağlı aparılan istintaq çərçivəsində İŞİD üzvü olmaqda şübhəli bilinən iki nəfər saxlanılıb.

Onlardan biri Tovhid cəmiyyətinin lideri, “Əbu Hənzələ” adı ilə tanınan Halis Bayancukdur.

İstintaq çərçivəsində “Əbu Haris” ləqəbilə tanınan Haris Karadağ və “Əbu Ubəydə” ləqəbli İlyas Aydın barəsində də saxlanılma qərarı çıxarılıb. Karadağ əməliyyat qrupları tərəfindən yaxalanaraq saxlanılıb, lakin Aydının xaricdə olduğu müəyyən edilib. İlyas Aydınla bağlı prosesin beynəlxalq əməkdaşlıq kanalları vasitəsilə izlənildiyi bildirilib.

Hadisə necə baş vermişdi?

8 sentyabrda İzmir Balçovadakı hücum zamanı polis baş müfəttişi Muhsin Aydemir və polis əməkdaşı Həsən Akınqətlə yetirilmiş, polis əməkdaşları Ömər Amilağ və Murat Dağlı ilə bir mülki şəxs yaralanmışdı. Hücum edən E.B. isə atışma nəticəsində yaralı halda zərərsizləşdirilmişdi.

Yaralı polis Ömər Amilağ  30 sentyabrda müalicə aldığı xəstəxanada həyatını itirmişdi.

İstintaq çərçivəsində ümumilikdə 27 nəfər saxlanılmış, onlardan 18 yaşından kiçik 16 nəfər ifadə verdikdən sonra sərbəst buraxılmışdılar.

Daha çox göstər
Back to top button