AktualXəbərlər

İyunun 22-nə keçən gecə imam Rzanın (ə) mövludunun ildönümüdür

Bu gecə (bu il iyunun 21-dən 22-nə keçən gecə) müsəlmanların 8-ci imamı – imam Rzanın (ə) mövlud gecəsidir.

İmam Əli ibn Musa hicrətin 148-ci ilin Zilqədə ayının on birində Mədinə şəhərində anadan olub.

İmamın anası – Nəcmiyyə öz dövrünün ən görkəmli və ziyalı qadınlarından olub. İmam Rza (ə) lap uşaq vaxtlarından sübut edib ki, o, sonuncu peyğəmbər olan Məhəmməd peyğəmbərin nəslinin layiqli davamçısıdır. İmam Riza (ə) atası imam Kazim (ə) (hicrətin yüz səksən üçüncü ilində) Bağdad zindanında şəhid olduqdan sonra otuz beş yaşındaykən imamətə çatıb.

Hicri qəməri tarixi ilə 203-ci il Səfər ayının 30-da müsəlmanların 8-ci imamı Abbasi xəlifəsi Məmun tərəfindən zəhərləndirilib və şəhadətə qovuşub. 55 yaşında vəfat edən İmam Rza (ə) Məşhəddə dəfn edilib.

Əziz müsəlmanlar! Sizi İmam Rzanın (ə) səadətli mövludu münasibəti ilə təbrik edirik!

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Oxşar yazılar
Close
Back to top button