
İndoneziyada 2026-cı ilin yanvar ayından yeni Cinayət Məcəlləsi qüvvəyə minib.
Az.shafaqna.com xəbər verir ki, yeni məcəllədə zina – nikahdan kənar cinsi münasibət qadağan edilir.
Hələ 2022-ci ilin dekabrında parlament tərəfindən təsdiq edilmiş qanun yalnız ölkə sakinlərinə deyil, həm də ölkəyə gələn xarici turistlərə də şamil edilir.
Bu cür qeyri-qanuni cinsi yaxınlıqda ittiham edilən şəxsin təqsiri isbat edildikdə, o, bir ilədək müddətə azadlıqdan məhrum ediləcək.
Həmçinin dini küfr məsələsinə görə də cinayət məsuliyyəti tətbiq edilir.






