AktualXəbərlər

Məbəs gününün müstəhəb əməlləri

Məbəs günü aşağıdakı əməlləri etmək tövsiyə olunur:

1. Qüsl vermək.

2. Oruc tutmaq (70 il orucun savabı vardır)

3. Çoxlu salavat demək.

4. Altı ədəd iki rükətlik namaz qılınır. Bitirdikdən sonra 4 dəfə Fatihə, Fələq və Nas surələri oxunur, sonra bu dua 4 dəfə deyilir:

“La ilahə illəllahu vəllahu əkbər və subhanəllahi vəlhəmdulillahi və la həvlə və la quvvətə illa billahil-əliyyil-əzim, Allahu Allahu Rəbbi la uşriku bihi şəy’a, La uşriku bi Rəbbi əhəda”.

Tərcüməsi: (Allahdan başqa bir tanrı yoxdur, Allah ən böyükdür, Allah nöqsansızdır, bütün təriflər Allaha aiddir, əzəmətli və uca Allahdan başqa güc və qüdrət yoxdur. Allahdır, Allahdır rəbbim, Ona heç nəyi şərik bilmirəm.  Rəbbimə heç kəsi şərik bilmirəm).

(Bu əməllər müstəhəbdir və insan gücü çatanları edə bilər, hamisini etmək vacib deyil).

Daha çox göstər
Back to top button