AzərbaycanXəbərlər
Leyla Əliyeva İbrahim Ailə Evini ziyarət edib

Leyla Əliyeva fevralın 5-də Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini (“The Abrahamic Family House”) ziyarət edib.
AZƏRTAC xəbər verir ki, Leyla Əliyeva İbrahim Ailə Evi (“The Abrahamic Family House”) ilə tanış olub.
2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan İbrahimin ailə evinin yaradıldığını elan edib. Bu unikal kompleks Əhməd Əl-Tayyib məscidini, Müqəddəs Fransisk kilsəsini və Musa bin Maymon sinaqoqunu eyni məkanda birləşdirir. Dini ibadətgahlarla yanaşı, burada ziyarətçilərin müxtəlif dinlərlə daha yaxından tanış ola biləcəkləri təhsil mərkəzi də fəaliyyət göstərir.






