Ordubadda yerləşən “Mədrəsə” tarix-memarlıq abidəsi bərpa olunacaq

AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Ordubad şəhərində yerləşən “Mədrəsə” tarix-memarlıq abidəsinə həsr olunan geniş müzakirə keçirilib.

Tədbirdə abidənin mövcud vəziyyəti, tarixi əhəmiyyəti və gələcək qorunma perspektivləri ətrafında ətraflı fikir mübadiləsi aparılıb.

“Mədrəsə” abidəsi Ordubadın zəngin memarlıq irsini özündə əks etdirən nadir nümunələrdən biridir. Abidənin plan quruluşu, daxili həyət sistemi və tikinti materialları dövrünün memarlıq xüsusiyyətlərini aydın şəkildə nümayiş etdirir. Uzun illər ərzində təbii aşınma və müxtəlif təsirlər nəticəsində müəyyən dərəcədə zədələnən abidənin bərpası həm tarixi görkəminin qorunması, həm də gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

“Mədrəsə” abidəsinin bərpası yalnız tarixi irsin qorunması baxımından deyil, həm də regionun sosial-iqtisadi inkişafına töhfə verilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Exit mobile version