İslam suallarda

Hansı dinlərdə donuz ətinin yeyilməsi haram sayılır?

Donuz əti İslam dinində yeyilməsi qəti surətdə haram olan qidadır. Donuz əti yeməyin qadağan olması Quranın bu ayəsində açıq-aşkar surətdə bildirilir: “O (Allah), sizə ölmüş heyvanı, qanı, donuz ətini, Allahdan başqasının adı ilə kəsilənləri yeməyi qətiyyətlə haram etmişdir…” (Bəqərə, 173). Həmçinin, “Nəhl” surəsinin 115-ci, “Maidə” surəsinin 5-ci və “Ənam” surəsinin 145-ci ayələrində də donuz ətini yeməyin haramlığı vurğulanır.

Qurandan əlavə, “Bibliya”da da donuz əti haram qidalar sırasında qeyd edilir. Tövratda deyilir: “Donuz qoşadırnaqlı heyvandır, amma gövşəmir. Onlar (donuzlar) sizdən ötrü pak heyvanlar deyil, onların ətini yeməyin, leşlərinə də toxunmayın” (Təsnıyə, XIV, 7-8; Levit, XI, 8). Yəhudilər də buna əsasən donuz əti yemirlər.

Bundan əlavə, xristianlığın bəzi qollarında (Yeddinci günün adventistləri, Efiopiya pravoslav kilsəsi) da donuz ətini yemək qadağan sayılır.

Daha çox göstər
Back to top button