İslam suallarda

Qadın qəti şəkildə boşanmaq istəyirsə, nə etməlidir?

İslam şəriətinə görə, boşanma – dini dillə desək, talaq – kişinin hüququdur. Yəni kişinin razılığı və icazəsi olmadan – istisnalar xaric – talaq oxuna bilməz.

Qadın ərindən həddən artıq narazıdırsa, ailə içindəki həyatını dözülməz hesab edirsə və çıxış yolunu yalnız talaqda görürsə, ərini razı salmalıdır ki, ona talaq versin. Bunun üçün kişinin razılığını əldə edən hər bir üsul icazəlidir. Məsələn, qadın öz mehriyyəsini (kəbin pulunu) – əgər kişi hələ onu ödəməyibsə – ərinə bağışlaya bilər. Kişidən talaq almaq üçün qadın öz mülkü sayılan, yəni ona çatan əmlakı da kişiyə bağışlaya bilər (məsələn, cehiz qızılları və s.). Bu cür talaqa şəriətdə xül talaqı deyirlər.

Hətta qadın sırf öz qazancından, mirasdan və s. yollarla əldə etdiyi əmlakı da kişiyə verə bilər ki. ondan talaq alsın. Bu cür talaq mübarat talaqı adlanır.

Əgər kişi heç cür talaq vermək istəmirsə, bu zaman qadın müctəhidə və ya onun nümayəndəsinə müraciət edə bilər. Bəzi hallarda, araşdırmadan sonra, müctəhid (və ya nümayəndəsi) lazım bilərsə, kişidən tələb edir ki, qadına talaq versin. Əgər kişi razılşamasa, müctəhid onun razılığı olmadan da talaq oxuyur.

Bunların şərtləri risalələrdə ətraflı izah edilib, bu mövzularda səhlənkar, öz istəyinə uyğun davranmaq qəti şəkildə yolverilməzdir.

Daha çox göstər
Back to top button