İslam suallarda

Qüsl zamanı əl ilə bədəni sürtmək və suyu bədənə çatdırmaq vacibdirmi?

Qüsl zamanı vacib olan – nəzərdə tutulmuş ardıcıllıqla bütün bədənin su ilə islanmasıdır. Yəni qüsl niyyəti ediləndən sonra əvvəlcə baş və boyun, sonra bədənin sağ tərəfi, daha sonra da sol tərəfi su ilə tam islanmalıdır. Bədəndə su ilə islanmamış zərrə qədər də yer qalmamalı, suyun bədəni islatmasına maneə olan bütün vasitələr uzaqlaşdırılmalıdır. Bu şərtlərə əməl edilsə, qüsl düzgündür.

Qüsl zamanı əli bədənə sürtmək vacib deyil. Hərçənd ki, suyun bədənə tam çatması və onu islatması üçün bunu etmək məsləhətdir və bəyənilir. Əgər suyun bədəni tam islatması əl ilə sürtməkdən başqa yolla mümkün deyilsə, bunu etmək tələb olunur. Əgər buna ehtiyac yoxdursa, suyu axıtmaqla bədən tam şəkildə islanırsa, əl ilə sürtmək tələb edilmir.

Daha çox göstər
Back to top button