İslam suallarda

Sıratəl-müstəqim nədir və hansı xüsusiyyətlərə sahibdir?

Bu ifadə iki sözdən ibarətdir – sırat, yəni yol və müstəqim, yəni istiqamətlənmiş. Qurani-Kərimdə bu ifadəyə bir neçə dəfə (o cümlədən, “Fatihə” surəsində) rast gəlirik.

Sıratəl-müstəqimin bəzi xüsusiyyətləri vardır. Məsələn: bu yolun sonu mütləq mənada xeyirdir; sıratəl-müstəqimlə irəliləyən adam rahatlıq və arxayınlıq hiss edir; sıratəl-müstəqim sabitdir, dəyişməzdir, əbədi dəyərlərə bağlıdır.

Qurani-kərimdə “sıratəl-müstəqim” kəlməsi bir neçə mənada işlədilib. Məsələn: Allahın yolu (Hud, 56); peyğəmbərlərin yolu (Yasin, 3-4); Allaha ibadət (Ali-İmran, 51); İbrahim Peyğəmbərin (ə) hənif (təkallahlilıq) dini (Ənam, 161); Allaha sığınmaq və Ona təvəkkül etmək (Ali-İmran, 101); Həzrət Mühəmməd Peyğəmbərin (s) insanları dəvət etdiyi yol (Möminun, 73); qiyamətə inanmaq (Zuxruf, 61) və s. “Fatihə” surəsinə yazılmış şiə təfsirlərində bildirilir ki, bu surədəki “sıratəl-müstəqim” ifadəsi Əli ibn Əbu Talibin (ə) imamətini qəbul etməkdir.

İmam Cəfər Sadiq (ə) buyurmuşdur: “Sıratəl-müstəqim elə bir yoldur ki, insanı Allahı sevməyə və dinə doğru yönəldir, nəfsani istəklərdən, tamahdan uzaqlaşdırır”.

Daha çox göstər
Back to top button