Malayziyanın Selanqor ştatında İslamı qəbul edənlərin sayı 2025-ci ildə son illərin ən yüksək səviyyəsinə çatıb.
Az.shafaqna.com IQNA-ya istinadən xəbər verir ki, ştatda İslam dinini qəbul edənlərin sayında diqqətçəkən artım müşahidə olunub.
Belə ki, 2025-ci ildə Selanqorda ümumilikdə 1 675 nəfər kəlmeyi-şəhadət gətirərək müsəlman olub və bu göstərici əvvəlki illərin rekordunu yeniləyib.
Qeyd edək ki, Malayziya Cənub-Şərqi Asiyada yerləşən müsəlman ölkəsidir. Onun əhalisinin 63.5 faizini müsəlmanlar təşkil edir.
