İslam suallarda

Həzrət Mehdi ilə bağlı İslamda ümumi rəy nədir?

Demək olar ki, istisnasız olaraq bütün İslam məzhəblərində və əqidə məktəblərində (hətta digər dinərdə də) Mehdi inancı mövcuddur. Bütün müsəlmanlar dünyanın sonuna yaxın Peyğəmbərlə eyni ada və künyəyə malik bir nəfərin zühur edəcəyinə, zülm ilə dolmuş dünyanı islah edib ədalətlə dolduracağına inanırlar. Bütün müsəlmanlar inanırlar ki, Mehdi (ə) Məkkədə, Kəbənin yanında zühur edəcək, Həzrət İsa (ə) ona beyət edəcək, Mehdinin (ə) ordusu Dəccalla savaşacaq, Dəccalın özü öldürüləcək, ordusu yerin təkinə batacaq. Mehdinin (ə) hakimiyyət dövründə bütün yer üzündə haqq-ədalət qələbə çalacaq.

Mehdini (ə) qəbul etməyən məzhəb və görkəmli alim yoxdur. Mövcud fərqlər onun şəxsiyyəti və zühurunun detallarının təsviri ilə bağlıdır. Şiələr onun birinci İmam Həsən Əskərinin (ə) oğlu olduğuna, miladi 869-cu ildə doğulduğuna, az sonra qeybə çəkildiyinə, bir müddət nümayəndələr vasitəsilə şiələrlə əlaqə saxladığına, hazırda gözlərdən gizli və diri olduğuna inanırlar. Əhli-sünnənin əqidəsinə görə isə, Mehdi Həzrət Fatimənin (ə) nəslindəndir, atasının adı Abdullahdır, dünyanın sonuna yaxın normal şəkildə doğulacaq və zühur edəcək.

Daha çox göstər
Back to top button