
Osmanlı memarlığının ən mühüm tarixi abidələrindən olan Səlimiyə camisi bərpa və yenidənqurma işlərindən sonra Türkiyə Prezidentinin iştirak etdiyi rəsmi mərasimlə yenidən istifadəyə verilib.
Bərpa işləri gedişində tikiliyə zərər verən köhnə sementəsaslı tətbiqlər təmizlənmiş, əsas günbəzdə, minarələrdə və bütün daşıyıcı sistemlərdə möhkəmləndirmə işləri aparılmışdır. Balkan müharibələri zamanı bolqar qüvvələrinin atəşi nəticəsində top mərmisinin dəyərək məscidin fasadında iz buraxdığı hissəyə isə xüsusilə toxunulmayıb.
Tarixi Ədirnə sarayı və onun bağlarının da yenidən canlandırılacağı, 2027-ci ilin sonlarına doğru açılışı ediləəyi bildirib.
Səlimiyə camisi Osmanlı sultanı II Səlim dövründə memar Sinanın 80 yaşında inşa etdiyi və “ustalıq əsərim” adlandırdığı tarixi abidədir. 1568-1574-ci illər arasında tikilən məbəd həm memar Sinanın, həm də Osmanlı memarlığının ən mühüm tarixi abidələri sırasında yer alır.






