Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları öz işinə başlayıb

Bakıda İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları öz işinə başlayıb.

“Dayanıqlı rifah naminə regional inteqrasiya” mövzusuna həsr edilən tədbir çərçivəsində İİB Qrupuna üzv olan 57 ölkə arasında iqtisadi əməkdaşlıq, davamlı inkişafın gücləndirilməsi istiqamətində müzakirələr aparılacaq.

İllik Yığıncaqda yüksəksəviyyəli dövlət rəsmiləri, üzv ölkələrin maliyyə, iqtisadiyyat, planlaşdırma, inkişaf və investisiya nazirləri, beynəlxalq və regional maliyyə institutlarının rəhbərləri, özəl sektor nümayəndələri, media təmsilçiləri iştirak edir.

Forum çərçivəsində təşkil olunacaq yüksəksəviyyəli dialoqlar, B2B və B2G formatlı görüşlər, startapların cəlb edildiyi proqramlar və bilik mübadiləsi sessiyaları vasitəsilə dövlət-özəl sektor tərəfdaşlığının möhkəmləndirilməsi, sahibkarlıq subyektlərinin və KOB-ların dəstəklənməsi, eləcə də üzv ölkələrin iqtisadiyyatlarında innovasiyayönümlü inkişafın təşviqi hədəflənir.

Exit mobile version