Aşura günü ilə bağlı qanvermə aksiyası başa çatıb, 1269,45 litr qan toplanıb

Aşura Günü münasibətilə təşkil olunan qanvermə aksiyalarında günün yekun nəticələrinə əsasən, ümumilikdə 2821 nəfər könüllü donor iştirak edib.

“Report” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, donorlardan toplanan qanın ümumi həcmi 1269,45 litr olub.

Exit mobile version