Özbəkistan Prezidenti Allahşükür Paşazadəyə “Xalqın və Vətənin Hörməti” ordenini təqdim edib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşzadəyə ‘”El-yurt hurmati”” (Xalqın və Vətənin Hörməti) ordenini təqdim edib.

Bununla bağlı Özbəkistan prezidentinin imzaladığı Fərmanda Allahşükür Paşazadənin mənəvi və maarifçilik fəaliyyətlərinin inkişafına töhfə verməsi, dinlərarası və sivilizasiyalararası dialoqun gücləndirilməsi, sülh, humanizm və maarifçilik ideyalarının yayılması, Özbəkistan və Azərbaycan xalqları arasında dostluq və qardaşlığın möhkəmləndirilməsi, dini sahədə ixtisaslı mütəxəssislərin hazırlanması, gənclərin ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə edilməsi istiqamətləri üzrə xidmətləri qeyd olunub.

Özbəkistanla Azərbaycanla arasında mövcud olan siyasi, iqtisadi və humanitar əlaqələrin möhkəmlənməsindən məmnunluğunu ifadə edən Özbəkistan Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi böyük işləri vurğulayıb, iki ölkə arasındakı müttəfiqlik münasibətlərindən danışıb.

Şavkat Mirziyoyev mənəvi əlaqələrin də inkişaf edtirilməsinin zəruriliyini qeyd edərək, bu gün Özbəkistanın renesans dövrünü yaşadığını, islam irsinin qorunduğunu, xüsusilə İslam Sivilizasiyası Mərkəzinin fəaliyyətə başlaması, Səmərqənddə İmam Buxari Memorial Kompleksinin bərpa olunduğunu diqqətə çatdırıb.

Bu günlərdə Özbəkistanda təqdimatı keçirilən ‘”Qardaşlıq və Müttəfiqliyin Ali Zirvəsi”” kitabına görə Şeyxülislam Allahşükür Paşazadəyə minnətdarlığını bildirib.

Allahşükür Paşazadə də öz növbəsində Özbəkistan Prezidentinə dərin minnətdarlığını ifadə edərək, Özbəkistanın bu gün yüksək inkişaf və quruculuq yolunda olduğunu deyib.

Exit mobile version