Zaqatalada din xadimləri üçün ikigünlük seminar-treninq keçiriləcək

İyulun 29-30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun birgə təşkilatçılığı ilə Zaqatalada din xadimləri üçün ikigünlük seminar-treninq keçiriləcək.
“Peşəkar dini fəaliyyət: müasir çağırışlar kontekstində” adlı seminar-treninq bu sahədə çalışan şəxslərin dövrün tələblərinə uyğun bilik və bacarıqlarının inkişaf etdirilməsi, peşəkar fəaliyyətlərinin daha səmərəli təşkili, aktual dini-ictimai proseslərə dair məlumatlılığının artırılması məqsədi daşıyır. Tədbir çərçivəsində iştirakçılar fikirlərini bölüşəcək, təcrübə mübadiləsi aparacaq, sahə üzrə hüquqi biliklərini zənginləşdirəcək, effektiv kommunikasiya bacarıqlarını təkmilləşdirəcəklər. Eyni zamanda təlim dini icmalar arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, qarşılıqlı təcrübə paylaşımının təşviqi, dini maarifləndirmə fəaliyyətinin keyfiyyətinin daha da yüksəldilməsinə töhfə verməyi hədəfləyir.
Seminar-treninqdə müxtəlif aktual mövzularda ilahiyyatçı ekspertlərin məruzələri dinləniləcək, interaktiv müzakirələr aparılacaq.
Qeyd edək ki, təlimlərin Lənkəran, Sumqayıt, Şamaxı və Mingəçevir şəhərlərində də təşkil olunması nəzərdə tutulur.






