Şəmkirdə “Gənclər arasında dini maarifçilik: ənənəvi dəyərlər və rəqəmsal platformalar” mövzusunda regional konfrans keçirilir

İyulun 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şəmkir şəhərində “Gənclər arasında dini maarifçilik: ənənəvi dəyərlər və rəqəmsal platformalar” mövzusunda regional konfrans işinə başlayıb.

Tədbirdən öncə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin Şəmkir şəhərində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, “Azərbaycan – sülh və harmoniya məkanı” adlı videoçarx nümayiş etdirilib.

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov və başqaları çıxış ediblər.

Tədbir işini “Dini maarifləndirmə işində müasir yanaşmalar və prioritetlər”, eləcə də “Gənclər, sosial media və milli-mənəvi dəyərlər” mövzuları üzrə panel müzakirələrlə davam etdirir.

Exit mobile version