AzərbaycanXəbərlər

Startapların maliyyələşdirilməsi İslam maliyyəsi sistemində geniş tətbiq olunan istiqamətlərdən biridir

İslam maliyyələşməsi sahəsində dünya miqyasında, xüsusilə gənclər və startaplar üçün geniş maliyyə imkanları yaradılır. Bu istiqamətdə ən fəal qurumlardan biri İslam İnkişaf Bankıdır. Buna ən yaxşı nümunələrdən biri də ölkəmizdə İslam İnkişaf Bankının illik toplantısı çərçivəsində startap layihələri üzrə keçirilən müsabiqədir. Müsabiqənin nəticələrinə əsasən 10-dan çox startap layihəsinin hər birinə 3 min dollar məbləğində maliyyə dəstəyi göstərilib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev deyib.

O bildirib ki, bundan əlavə, İslam İnkişaf Bankının region üzrə həyata keçirdiyi “Tadamon” layihəsi də startap ekosisteminin inkişafına xidmət edir. Bu proqram çərçivəsində Azərbaycandan olan startapçılar da öz layihələrini təqdim edərək maliyyə və inkişaf imkanlarından yararlana bilərlər: “Ümumilikdə, startapların maliyyələşdirilməsi bu gün İslam maliyyəsi sistemində geniş tətbiq olunan istiqamətlərdən biridir. Bununla yanaşı, islam maliyyəsində kraudfandinq (kütləvi maliyyələşdirmə) mexanizmlərindən də geniş istifadə olunur. Bu model müxtəlif investorların vəsaitlərinin bir araya gətirilməsi yolu ilə yeni bizneslərin və innovativ layihələrin həyata keçirilməsinə şərait yaradır”.

Daha çox göstər
Back to top button