Təqiyyə nədir?

Təqiyyə insanın həyatına, sağlamlığına, namusuna ciddi təhlükə yarandığı zaman öz əsil əqidəsini gizlətməsi və ondan tələb edilən əqidəyə sahib olduğunu söyləməsidir. Məsələn, əgər insanı ölümlə hədələyərək dinindən ya məzhəbindən dönməsini tələb edirlərsə, bu halda qəlbində narazılıq bildirməklə aşkarda guya əqidəsini dəyişdiyini söyləyə bilər. Hətta ibadətini və digər əməllərini də tələb edilən şəkildə yerinə yetirə bilər.

Təqiyyə müsəlmana qorunma məqsədilə verilmiş güzəştdir. Təhlükə aradan qalxdıqdan sonra insan yenə öz əsil əqidəsini və davranışını sərgiləməlidir.

Çox zaman yanlış olaraq təqiyyəni yalnız şiə məzhəbinə aid edir, hətta bunu şiələrin riyakarlığı adlandırırlar. Tarix boyunca təqibə daha çox məruz qaldıqları üçün şiələrin təqiyyədən istifadə halları daha çox olmuşdur. Amma bununla belə, təqiyyə yalnız şiə məzhəbinə xas deyil, digər İslam məzhəblərində, hətta digər inanclarda da buna icazə verilir.

Exit mobile version