
Həzrət Mühəmməd Peyğəmbərin (s) və İmam Həsənin (ə) vəfat günü olan səfər ayının 28-nin əsas müstəhəb əməlləri bunlardır:
- Oruc tutmaq.
- Qüsl almaq.
- İki+iki rükət namaz qılmaq (iki dənə sübh namazı kimi). Axırda Həzrət Fatimənin (ə) təsbihini oxumaq.
- Aşağıdakı duanı 10 dəfə oximaq:
Ya şədidəl-qüva və ya şədidəl-mihal.
Ya Əzizu ya Əzizu ya Əziz.
Zəllət bi-əzəmətikə cəmiu xəlqikə.
Fəkfini şərrə xəlqikə.
Ya Muhsin, ya Mucmil, ya Mun’im, ya Müfəzzil.
Ya la ilahə illa ənt.
Sübhanəkə inni küntü minəz-zalimin.
Fəstəcəbna ləhu və nəccəynahu minəl-ğəmm.
Və kəzalikə nuncil-muminin.
Və səllallahu əla Muhəmmədin və alihi-teyyibinət-tahirin.
5. Bunlardan əlavə Peyğəmbərin (s) və İmam Həsənin (ə) kənardan ziyarətnamələrini oxumaq da müstəhəbdir. Bunların həcmi uzun olduğu üçün müvafiq kitablara müraciət etməyi məsləhət görürük.






