İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün müsahibə elan edilir

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda vakant vəzifələrin tutulması üçün müsahibə elan edir:
İmam vəzifəsi üzrə:
- Bakı şəhəri, Yasamal rayonu “Yasamal Hüseyniyyəsi” ibadət evi – 1 yer
- Bakı şəhəri, Binəqədi rayonu “İmam Əli” məscidi – 1 yer
- Xaçmaz rayonu, Xudat şəhəri “İmam Hüseyn” məscidi – 2 yer
- Mingəçevir şəhəri “Heydər” məscidi – 1 yer
- Kürdəmir rayonu, Sığırlı kəndi “Fatimeyi Zəhra” məscidi – 1 yer
- Cəlilabad rayonu, Göytəpə şəhəri “İmam Zaman” məscidi – 1 yer
- Masallı rayonu Boradigah qəsəbə məscidi – 1 yer
- Masallı rayonu Qızılavar kənd məscidi – 1 yer
- Şirvan şəhəri “Zeynalabidin” məscidi – 1 yer
- Hacıqabul şəhəri “Hacı Yadulla” məscidi – 1 yer
- Salyan rayonu Xıdırlı kənd məscidi – 1 yer
- Biləsuvar şəhəri “İmam Əli” məscidi – 1 yer
- Şamaxı rayonu Qaleybuğurd kənd məscidi – 1 yer
- İsmayıllı rayonu, Lahıc qəsəbəsi “Bədöyün” məscidi – 1 yer
İmam müavini vəzifəsi üzrə:
- Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi “Cəfəri Sadiq” məscidi – 1 yer
- Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi “Əli qədəmgahı” məscidi – 1 yer
- Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi “Cümə” məscidi – 1 yer
- Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi “Əli qədəmgahı” ziyarətgahı məscidi – 1 yer
- Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbə məscidi – 1 yer
- Abşeron rayonu, Qobu qəsəbəsi “Əhlibeyt” məscidi – 1 yer
- Abşeron rayonu, Fatmayı qəsəbəsi “İmam Hüseyn” məscidi – 1 yer
- Xızı şəhəri, Xızı şəhər məscidi – 1yer
- Xaçmaz rayonu Nərəcan kənd məscidi – 1 yer
- Xaçmaz rayonu Çiləgir kənd məscidi – 1 yer
- Xaçmaz rayonu, İstisu qəsəbəsi “Şeyx Ömər” məscidi – 1 yer
- Xaçmaz rayonu Yalama kənd məscidi – 1 yer
- Xaçmaz rayonu Pirquluoba kənd məscidi – 1 yer
- Qusar rayonu Mucuq-oba kənd məscidi – 1 yer
- Zərdab rayonu Kəndəbil kənd məscidi – 1 yer
- Sabirabad rayonu Qalaqayın kənd məscidi – 1 yer
- Sabirabad rayonu Qaratuğay kənd (2) məscidi – 1 yer
- Sabirabad rayonu Azadkənd kənd məscidi – 1 yer
- Saatlı rayonu Seyidlər kənd məscidi – 1 yer
- İmişli şəhər “İmam Rza” məscidi – 1 yer
- İmişli rayonu Muradxanlı kənd “Həzrət Əli” məscidi – 1 yer
- Lənkəran rayonu Separadi kənd məscidi – 1 yer
- Lənkəran rayonu Lüvəsər kənd məscidi – 1 yer
- Astara rayonu Rudəkənar kənd məscidi – 1 yer
- Lerik rayonu Hamarmeşə kənd məscidi – 1 yer
- Lerik rayonu Günəşli kənd məscidi – 1 yer
- Cəlilabad rayonu Alar kənd məscidi – 1 yer
- Masallı rayonu Hüseynhacılı kənd məscidi – 1 yer
- Masallı rayonu Alışanlı kənd məscidi – 1 yer
- Yardımlı rayonu Ostayır kənd məscidi – 1 yer
- Salyan rayonu Şorsulu kənd məscidi – 1 yer
- Neftçala rayonu, Bankə qəsəbəsi “Həzrət Əli” məscidi – 1 yer
- Neftçala rayonu Xıllı qəsəbəsi “Fatimeyi-Zəhra” məscidi – 1 yer
- Qəbələ rayonu Həzrə kənd məscidi – 1 yer
- Balakən rayonu Mahamalar kənd məscidi – 1 yer
- Ağdam rayonu Xındırıstan kənd məscidi – 1 yer
- Qax rayonu “Mərkəzi Cümə” məscidi – 1 yer
Dini ayinlərin icraçısı – müəzzin vəzifəsi üzrə:
- Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi “Qədim Cümə” məscidi – 1 yer
- Quba rayonu Yenikənd kənd məscidi – 1 yer
- Şabran rayonu Aygünlü kənd məscidi – 1 yer
- Ağdaş rayonu Yuxarı Ləki kəndi “Məhəmmədəli” məscidi – 1 yer
- Ağdaş rayonu Qarağan Sədi kənd məscidi – 1 yer
- Zərdab rayonu Əlibəyli kənd məscidi – 1 yer
- Ucar rayonu Lək kənd məscidi – 1 yer
- Göyçay rayonu Potu kənd məscidi – 1 yer
- Göyçay rayonu Aşağı Qaraməryəm kənd məscidi – 1 yer
- Hacıqabul rayonu, Muğan qəsəbəsi “Cümə” məscidi – 1 yer
- Ağcabədi rayonu Rəncbərlər kənd məscidi – 1 yer
- Ağcabədi rayonu Hacıbədəlli kənd məscidi – 1 yer
- Bərdə rayonu Mollalı kənd məscidi – 1 yer
Müsahibədə iştirak etmək istəyən namizədlər 13 avqust 2026-cı il saat 9:00-dan 11 sentyabr 2026-cı il saat 18:00-dək aşağıdakı sənədləri elektron qaydada [email protected] ünvanına və ya AMIN informasiya sistemi (amin.gov.az) vasitəsilə, yaxud kağız daşıyıcıda birbaşa Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 16. AZ 1001) təqdim edə bilərlər:
– Şəxsiyyət vəsiqəsinin surəti və ya şəxsiyyət vəsiqəsi barədə dövlət informasiya ehtiyatlarından çıxarış;
– Tərcümeyi-hal;
– Dini ali və ya orta ixtisas təhsil haqqında sənədin notarial qaydada təsdiqlənmiş surəti və ya həmin sənəd barədə dövlət informasiya ehtiyatlarından çıxarış;
– Sağlamlıq haqqında arayış;
– Narkoloji dispanserdən arayış;
– Ruhi-əsəb dispanserindən arayış;
– Məhkumluq barədə arayış;
– Foto (3×4) (4 ədəd);
– Ərizə.
Tələb olunan sənədlərdən əlavə namizəd özünün elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti barədə sənədləri də təqdim edə bilər.
Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonra müsahibənin keçirilməsi vaxtı və yeri barədə məlumat Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin internet saytında elan ediləcəkdir.
Müsahibədə uğur qazanmış namizəd yalnız sənədlərini təqdim etdiyi vakant vəzifəyə təyinat ala bilər.
Əlaqə nömrəsi: +994 55 202 84 74
AMIN informasiya sistemi vasitəsilə sənədləri aşağıdakı linkdən istifadə etməklə təqdim etmək olar:






