İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün müsahibə elan edilir

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda vakant vəzifələrin tutulması üçün müsahibə elan edir:

İmam vəzifəsi üzrə:

  1. Bakı şəhəri, Yasamal rayonu “Yasamal Hüseyniyyəsi” ibadət evi – 1 yer
  2. Bakı şəhəri, Binəqədi rayonu “İmam Əli” məscidi – 1 yer
  3. Xaçmaz rayonu, Xudat şəhəri “İmam Hüseyn” məscidi – 2 yer
  4. Mingəçevir şəhəri “Heydər” məscidi – 1 yer
  5. Kürdəmir rayonu, Sığırlı kəndi “Fatimeyi Zəhra” məscidi – 1 yer
  6. Cəlilabad rayonu, Göytəpə şəhəri “İmam Zaman” məscidi – 1 yer
  7. Masallı rayonu Boradigah qəsəbə məscidi – 1 yer
  8. Masallı rayonu Qızılavar kənd məscidi – 1 yer
  9. Şirvan şəhəri “Zeynalabidin” məscidi – 1 yer
  10. Hacıqabul şəhəri “Hacı Yadulla” məscidi – 1 yer
  11. Salyan rayonu Xıdırlı kənd məscidi – 1 yer
  12. Biləsuvar şəhəri “İmam Əli” məscidi – 1 yer
  13. Şamaxı rayonu Qaleybuğurd kənd məscidi – 1 yer
  14. İsmayıllı rayonu, Lahıc qəsəbəsi “Bədöyün” məscidi – 1 yer

İmam müavini vəzifəsi üzrə:

  1. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi “Cəfəri Sadiq” məscidi – 1 yer
  2. Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi “Əli qədəmgahı” məscidi – 1 yer
  3. Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi “Cümə” məscidi – 1 yer
  4. Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi “Əli qədəmgahı” ziyarətgahı məscidi – 1 yer
  5. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbə məscidi – 1 yer
  6. Abşeron rayonu, Qobu qəsəbəsi “Əhlibeyt” məscidi – 1 yer
  7. Abşeron rayonu, Fatmayı qəsəbəsi “İmam Hüseyn” məscidi – 1 yer
  8. Xızı şəhəri, Xızı şəhər məscidi – 1yer
  9. Xaçmaz rayonu Nərəcan kənd məscidi – 1 yer
  10. Xaçmaz rayonu Çiləgir kənd məscidi – 1 yer
  11. Xaçmaz rayonu, İstisu qəsəbəsi “Şeyx Ömər” məscidi – 1 yer
  12. Xaçmaz rayonu Yalama kənd məscidi – 1 yer
  13. Xaçmaz rayonu Pirquluoba kənd məscidi – 1 yer
  14. Qusar rayonu Mucuq-oba kənd məscidi – 1 yer
  15. Zərdab rayonu Kəndəbil kənd məscidi – 1 yer
  16. Sabirabad rayonu Qalaqayın kənd məscidi – 1 yer
  17. Sabirabad rayonu Qaratuğay kənd (2) məscidi – 1 yer
  18. Sabirabad rayonu Azadkənd kənd məscidi – 1 yer
  19. Saatlı rayonu Seyidlər kənd məscidi – 1 yer
  20. İmişli şəhər “İmam Rza” məscidi – 1 yer
  21. İmişli rayonu Muradxanlı kənd “Həzrət Əli” məscidi – 1 yer
  22. Lənkəran rayonu Separadi kənd məscidi – 1 yer
  23. Lənkəran rayonu Lüvəsər kənd məscidi – 1 yer
  24. Astara rayonu Rudəkənar kənd məscidi – 1 yer
  25. Lerik rayonu Hamarmeşə kənd məscidi – 1 yer
  26. Lerik rayonu Günəşli kənd məscidi – 1 yer
  27. Cəlilabad rayonu Alar kənd məscidi – 1 yer
  28. Masallı rayonu Hüseynhacılı kənd məscidi – 1 yer
  29. Masallı rayonu Alışanlı kənd məscidi – 1 yer
  30. Yardımlı rayonu Ostayır kənd məscidi – 1 yer
  31. Salyan rayonu Şorsulu kənd məscidi – 1 yer
  32. Neftçala rayonu, Bankə qəsəbəsi “Həzrət Əli” məscidi – 1 yer
  33. Neftçala rayonu Xıllı qəsəbəsi “Fatimeyi-Zəhra” məscidi – 1 yer
  34. Qəbələ rayonu Həzrə kənd məscidi – 1 yer
  35. Balakən rayonu Mahamalar kənd məscidi – 1 yer
  36. Ağdam rayonu Xındırıstan kənd məscidi – 1 yer
  37. Qax rayonu “Mərkəzi Cümə” məscidi – 1 yer

Dini ayinlərin icraçısı – müəzzin vəzifəsi üzrə:

  1. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi “Qədim Cümə” məscidi – 1 yer
  2. Quba rayonu Yenikənd kənd məscidi – 1 yer
  3. Şabran rayonu Aygünlü kənd məscidi – 1 yer
  4. Ağdaş rayonu Yuxarı Ləki kəndi “Məhəmmədəli” məscidi – 1 yer
  5. Ağdaş rayonu Qarağan Sədi kənd məscidi – 1 yer
  6. Zərdab rayonu Əlibəyli kənd məscidi – 1 yer
  7. Ucar rayonu Lək kənd məscidi – 1 yer
  8. Göyçay rayonu Potu kənd məscidi – 1 yer
  9. Göyçay rayonu Aşağı Qaraməryəm kənd məscidi – 1 yer
  10. Hacıqabul rayonu, Muğan qəsəbəsi “Cümə” məscidi – 1 yer
  11. Ağcabədi rayonu Rəncbərlər kənd məscidi – 1 yer
  12. Ağcabədi rayonu Hacıbədəlli kənd məscidi – 1 yer
  13. Bərdə rayonu Mollalı kənd məscidi – 1 yer

 

Müsahibədə iştirak etmək istəyən namizədlər 13 avqust 2026-cı il saat 9:00-dan 11 sentyabr 2026-cı il saat 18:00-dək aşağıdakı sənədləri elektron qaydada sened@scara.gov.az ünvanına və ya AMIN informasiya sistemi (amin.gov.az) vasitəsilə, yaxud kağız daşıyıcıda birbaşa Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 16. AZ 1001) təqdim edə bilərlər:

– Şəxsiyyət vəsiqəsinin surəti və ya şəxsiyyət vəsiqəsi barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

– Tərcümeyi-hal;

– Dini ali və ya orta ixtisas təhsil haqqında sənədin notarial qaydada təsdiqlənmiş surəti və ya həmin sənəd barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

– Sağlamlıq haqqında arayış;

– Narkoloji dispanserdən arayış;

– Ruhi-əsəb dispanserindən arayış;

– Məhkumluq barədə arayış;

– Foto (3×4) (4 ədəd);

– Ərizə.

Tələb olunan sənədlərdən əlavə namizəd özünün elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti barədə sənədləri də təqdim edə bilər.

Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonra müsahibənin keçirilməsi vaxtı və yeri barədə məlumat Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin internet saytında elan ediləcəkdir.

Müsahibədə uğur qazanmış namizəd yalnız sənədlərini təqdim etdiyi vakant vəzifəyə təyinat ala bilər.

Əlaqə nömrəsi: +994 55 202 84 74

AMIN informasiya sistemi vasitəsilə sənədləri aşağıdakı linkdən istifadə etməklə təqdim etmək olar:

https://amin.gov.az/e-services/musahibe-sened-2

Exit mobile version