
Fransanın Milli Birlik (RN) partiyası hakimiyyətə gələcəyi təqdirdə ictimai yerlərdə hicabla bağlı cərimə sanksiyasının tətbiqini planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə partiyanın prezidentliyə namizədi Marin Lö Penin əsas tərəfdarlarından olan deputat Jan-Filip Tangi açıqlama verib.
O BFMTV telekanalına açıqlamasında RN-nin islamçı ideologiyaya qarşı mübarizə aparacağını və hicab örtənlərinin cəzalandırılacağını bildirib.
Deputatın sözlərinə görə, bu addım, həmçinin hicab örtməyə məcbur edilən və bu azadlıq uğrunda həyatını itirən qadınlarla həmrəyliyin ifadəsi olacaq.






