İslam suallarda

Təsəvvüf mövzusunda kitablarda rast gəlinən “şəthiyyat” sözü nəyi bildirir?

Bəzi sufilərin vəcd halında söylədikləri sözlərə şəthiyyat deyilir. Lüğəti mənada şəthiyyat hərəkət deməkdir. Sufilər vəcdə gələndən sonra bəzən qeyri-adi hərəkətlər, məsələn rəqs, əl-qol hərəkətləri edirdilər, bu zaman qeyri-adi sözlər deyirdilər. Şəthiyyatlar adətən dinə, şəriətə və məntiqə zidd olur, mənasız fikir təsiri bağışlayır. İfrat sufilər şəthiyyat qismindən olan sözləri Allaha ən yaxın olduqları anlarda söylədiklərini və o sözlərin içində şifrələnmiş mənalar gizləndiyini iddia etmişlər. Mənsur Həllac, Bayezid Bistami, Şibli, Əbu Səid Əbülxeyr, İbn Ərəbi və başqalarının şəthiyyatı məşhurdur. Ən məşhur şəthiyyatlardan biri də “Ənəl-həqq”, yəni “mən haqqam” ifadəsidir. Şəthiyyatların əksəriyyətində sufi özünə bəzi qəribə sifətləri aid edir, hətta Allaha aid olan xüsisyyətlərə yiyələndiyini iddia edir.

Daha çox göstər
Back to top button