Gürcüstanda terrorçuluq fəaliyyətinə yardım etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) Qardabani və Kareli şəhərlərində xüsusi əməliyyat keçirib.

Xüsusi əməliyyat nəticəsində terrorçuluq fəaliyyətinə yardım etməkdə şübhəli bilinən iki Gürcüstan vətəndaşı saxlanılıb.

DTX-nin yaydığı məlumata görə, istintaq zamanı müəyyən edilib ki, həmin şəxslər “İslam Dövləti” adlı terror təşkilatına qoşulub, təşkilatın liderinə sədaqət andı içib və ona qeyd-şərtsiz itaətlərini ifadə ediblər.

Saxlanılan şəxslərin üzərində və yaşayış evlərində aparılan axtarışlar zamanı bir sıra maddi sübut aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

↑
Exit mobile version